Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsinin təşviqi layihəsini həyata keçirmişdir. Layihənin əsas məqsədi “Reproduktiv sağlamlıq haqqında” qanununun təşviq edilməsi, Azərbaycan vətəndaşlarının bu qanuna kəskin ehtiyaclarının olduğunu diqqət mərkəzində saxlamaq, aidiyyatlı qurumları lobbiçiliyə səsləmək və qanunun qəbuluna nail olmaqdır.
Bildiyiniz kimi, Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox beynəlxalq təşkilatlara üzv olmuş, sərhədlər açılmışdır. Sərhədlərin açılması və Azərbaycan ərazisinin tranzit yola çevrilməsi iqtisadiyyata yaxşı təsir göstərsə də bəzi problemlər yaratdı. Onlardan biri də bəzi yoluxucu xəstəliklərin Azərbaycana yol açması oldu. Məlumatsızlıq ucbatından yoluxmalar oldu. Müharibə şəraitində məcburi köçkünlər arasında vərəm xəstəliyi artdı. Azərbaycan Respublikasında 2003-cü ildən həyata keçirilən sosial yönümlü islahatların nəticəsi olaraq, ölkədə tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnika və texnologiyaların tətbiqi, köklü kadr islahatları, çox əhəmiyyətli qanunvericilik bazasının yaradılması və digər geniş miqyaslı tədbirlər həyata keçirilmişdir. Bu da öz növbəsində səhiyyəmizin inkişaf etməsinə və onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaratmışdır. Reproduktiv sağlamlıq anlayışı insanlarda təhlükəsiz cinsi həyat, nəsil davam etdirmə bacarığı, eləcə də nə zaman və hansı tezliklə övlad sahibi olmaqla bağlı müstəqil şəkildə qərar verə bilmə imkanını nəzərdə tutur. Reproduktiv sağlamlıq fərdi şəxslər, cütlüklər və ailələrlə yanaşı cəmiyyətin sosial-iqtisadi inkişafında müstəsna əhəmiyyətə malikdir. Reproduktiv sağlamlıq kişilər və qadınlar üçün öz seçimlərinə uyğun olaraq təhlükəsiz, effektiv ailə planlaşdırılması üsullarının əlçatan olması, eləcə də seçimə uyğun olaraq ailə planlaşdırılmasının digər müvafiq metodlarının mövcudluğu, habelə səhiyyə sahəsində qadınlara hamiləlik dövrünü və doğuşu təhlükəsiz şəkildə həyata keçirmək imkanı verən müvafiq xidmətlərdən istifadə etmək və evli cütlüklərə sağlam körpə dünyaya gətirmək üçün ən üstün imkanlar yaradan hüquqların mövcud olmasıdır.
Təsadüfi deyil ki, ana və uşaq sağlamlığı daxil olmaqla reproduktiv sağlamlığa aid məsələlər həm Minilliyin İnkişaf Məqsədlərində, həm də Dayanıqlı İnkişaf Məqsədlərində öz əksini tapıb. Azərbaycan Respublikasının Konstitusiyası, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı, Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya, Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üzrə Strateji Planı, İİV/ QİÇS ilə mübarizəyə dair 2016-2020-ci illər üçün Dövlət Proqramı, Məişət zorakılığının qarşısının alınmasına dair 2016-2018-ci illər üçün tədbirlər planı, Azərbaycanda 2019-2025 reproduktiv sağlamlığın qorunması üzrə strategiya və reproduktiv sağlamlığın qorunması sahəsində digər normativ-hüquqi aktlarа əsasən vətəndaşların reproduktiv və digər tibbi hüquqları təmin edilməsi nəzərdə tutulsa da problemlər hələ də var və artmaqda davam edir. Çünki qanun yoxdur.
Azərbaycan Milli Məclisinə “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı. 12 ildən artıq qanunun ilk müzakirəsi, 4 il bundan əvvəl isə 2-ci dəfə müzakirəyə çıxarılsa da, bu müddətdə mütəxəssislər tərəfindən kifayət qədər qanuna düzəlişlər edilsə də qanunun qəbulu gecikir. Nəticədəselektiv abortlar artıb,sonsuzluq problemə çevrilib, insanlar arasında, xüsusilə də gənclər arasında zərərli vərdişlər artıb və s.
Layihənin məqsədinə çatmaq üçün müxtəlif fəaliyyətlər nəzərdə tutulmuşdu və onların keçirilməsi ilə problemi gündəmdəsaxlamaq və problemlərin həllinə nail olmaq üçün qanunun qəbul edilməsinə lobbiçilik etməkdir. Bunun üçün müxtəlif yaş qruplarının,QHT nümayəndələrinin, nazirliklərin və aidiyyatlı qurumların nümayəndələrininiştirakı ilə görüşlər, ictimai müzakirələrtəşkil edilərək qanunun qəbulunun cəmiyyət üçün nə qədər vacib olduğu təşviq edildi və hər bir qurumdan və şəxsdən lobbiçiliyin gözlənildiyi bildirildi.
Layihə çərçivəsində ilk tədbirlər:
- Gəncə şəhərində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələrinin, orta ümumtəhsil məktəblərinin 13-17 yaşlı qız və oğlanların, direktor müavinlərinin, aidiyyatlı fənn müəllimlərinin, psixoloqların və digər səlahiyyətli nümayəndələrinin, ümumilikdə 84 nəfərin iştirakı ilə 2 ictimai dinləmə keçirilmişdir.
- Növbəti ictmai dinləmə Səhiyyə sahəsində çalışan personal və Tibb kollecinin tələbələri ilə baş tutmuşdur. İştirakçılara layihə haqqında geniş məlumat verilmişdir. Layihənin eksperti “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsi üçün məhz səhiyyə işçilərinin birləşərək təşviqat aparmalarının vacib olduğunu qeyd etdi. Gəncə şəhər İlkin Səhiyyə Xidmətinin direktor müavini Xalidə Sadıqova şəhər üzrə qısa hesabat verdikdən sonra nöqsanlardan da danışmış və qanun mövcud olduğu halda reproduktiv sağlamlığı əhatə edən bütün sahələrin müntəzəm nəzarət altında fəaliyyət göstərəcəyini bildirmişdi.
- Növbəti fəaliyyət TƏBİB-də keçirildi. Görüşdə səhiyyə koalisiyasından olan QhT nümayəndələri də iştirak etdilər. “Reproduktiv sağlamlıq haqqında” qanunun layihəsinin hazırlanmasında şəxsən iştirak edən və Azərbaycanda 2019-2025 reproduktiv sağlamlığın qorunması üzrə strategiyanın müəllifi Sevinc Məmmədova və digərləri görüşdə iştirak etdi. TƏBİB-lə keçirilmiş görüşün müsbət tərəfləri ilə yekunlaşdı: 1) Reproduktiv sağlamlıqla bağlı Azərbaycanın bütün bölgələrində aparılacaq gələcək maarifləndirilmə işlərində TƏBİB-in mütəxəssislərinin cəlb edilməsi ilə bağlı şifahi razılıq əldə edildi və gələcəkdə yazılı razılaşmanın olması qərara alındı. 2) TƏBİB-in rəsmisi qanunun qəbul edilməsi üçün lobbiçilik edəcəklərini bildirdilər.
- Növbəti online görüş QHT-lə oldu. Görüşdə əsasən region və səhiyyə sahaəsində çalışan QHT-i iştirak etdi. Təşkil edilmiş müzakirələrdə çıxış edən QHT nümayəndələri regionlarında mövcud problemlə üzləşdiklərini və qanunun qəbulunun vacibliyini qeyd etdilər. İstər selektiv abort, istər ailə planlaşdırılması, istərsə erkən və qohum nikahlar və onların fəsadları, evlilikdə yaranan problemlər, cinsəl məlumatsızlıqdan yoluxucu xəstəliklərin artması və s. regionların əss probleminə çevrilib.
- Növbəti fəaliyyət 2 kiçik sosial çarxın çəkilərək cəmiyyətə vacib mesajların ötürülməsi məqsədini daşıyırdı.
Layihənin keçirilməsində BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 3, 4, 5, 6, 11, 17-ci məqsədlərində qeyd edilənlər rəhbər tutulmuşdur.
Layihə rəhbəri: Məleykə Əlizadə