İnklüziv Təhsil səfirləri

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən “Təhsildə könüllü fəaliyyətin təşkili qrant müsabiqəsi”ində “İnklüziv Təhsil Səfirləri” layihəsi ilə müraciət edən Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi qalib olmuşdur. Gəncədə layihəninaçılış mərasimi keçirilmişdir. Açılış mərasimində layihə rəhbəri, Gəncə Regional Qadın Mərkəzi İB-nin sədri Məleykə Əlizadə və layihə koordinatoru, Tural İsaqov layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdirlər. Təhsil sahəsində inklüzivlik ölkənin ən prioritet sahələrindən olduğunu qeyd edən layihə rəhbəri məhz bü məqsədlə bu mövzuya müraciət etdiklərini qeyd etmişdir. Layihənin əsas məqsədi inklüziv təhsil səfirləri vasitəsi ilə layihənin əhatə dairəsinə aid olan 10 ümumtəhsil məktəblərində təhsilalanlar və təhsilverənlər arasında inklüziv təhsillə bağlı geniş maarifləndirmə işləri aparmaqdan, gələcək müəllimlərin bu istiqamətdə hazırlanmasından, valideynlərin övladlarını ev təhsilinə deyil, ənənəvi təhsilə cəlb edilməsi istiqamətində hazırlamasından ibarətdir.

Açılş mərasimində Gəncə 38 nömrəli dairədən millət vəkili, Gəncə Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru Pərvin Kərimzadə, Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva, ekspertlər, seçilmiş 10 məktəbin nümayəndələri, psixoloqlar, qonaqlar çıxış edərək inklüziv təhsilin cəmiyyət üçün nə qədər vacib olduğunu qeyd edərək layihənin vacibliyindən danışmışlar.

Layihə çərçivəsində Gəncə Dövlət Universitetində pedaqoji təhsil alan III və IV kurs tələbələri səfir kimi seçilərək onlar üçün xüsusi təlimlər keçiriləcək və mentorluq dəstəyi göstəriləcəkdir. Proqramı uğurla başa vuran “İnklüziv Təhsil Səfirləri” Gəncə şəhərində fəaliyyət göstərən seçillmiş 0 məktəbdə pedaqoji heyət, şagirdlər və valideynlər üçün təlim keçəcəklər. Layihənin sonunda isə əldə edilmiş nəticələri barədə ictimaiyyəti məlumatlandırmaq və inklüziv təhsili təşviq etmək məqsədi ilə Gəncə şəhərində “İnklüziv Təhsil Forumu” təşkil ediləcək. Layihə ümumilikdə yanvar – iyul aylarını əhatə edir.