Gəncə Regional Qadın Mərkəzi USAID Özəl Sektorun İnkişafı Layihəsi (PSA) tərəfindən seçilmiş tərəfdaş təşkilatlardan biridir.
2021-ci ildən etibarən USAID Özəl Sektorun İnkişafı Layihəsi (PSA) qadınların biznes assosiasiyaları və güclü qadın komponentləri olan aparıcı təşkilatlar üçün çox sayda potensialın artırılması tədbirləri keçirir. 1,5 il ərzində iştirakımız müddətində müxtəlif konfranslar, toplantılar, təlimlər, mentorluq proqramları və “necə etməli” sessiyalarında güclü assosiasiyaların və təşkilatların inkişafı üçün mühüm mövzular müzakirə edildi. Gəncə Regional Qadın Mərkəzi proqram çərçivəsində “ Gəncə Regional Qadın Mərkəzinin dayanıqlılığının təmin edilməsi” adlı layihənin icrasına başlamışdır. Layihənin əsas məqsədi təşkilatın idarə heyətinin və işçi heyətinin bacarıqlarının artırılması və inkişaf etdirilməsi, təşkilatın daxili sənədlərinin yenidən işlənməsi, təşkilat üçün yeni Web saytın hazırlanaraq təqdim edilməsi və s. ibarətdir. Gəncə Regional Qadın Mərkəzinin idarə heyətinin və işçi heyətinin bacarıqlarının artırılması və inkişaf etdirilməsi üçün beynəlxalq ekspert tərəfindən davamlı təlimlər təşkil edilmişdir. Fəaliyyətlər davam edir.
Təlimlərin keçirilməsində BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının Resurs Mərkəzindən istifadə edilmişdir.
USAID Özəl Sektorun İnkişafı Layihəsi (PSA), sizinlə tərəfdaşlıqdan məmnunuq.
womenempowerment #strategydevelopment #capacitybuilding #organisationaldevelopment